“Fənərbaxça”da koronavirusa yoluxanların sayı artdı

13 May 2020 17:49

Türkiyənin "Fənərbaxça" klubunun daha bir əməkdaşında koronavirus aşkarlanıb.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, klubun İdarə Heyətinin üzvlərindən birinin koronavirus testi müsbət çıxıb. 

Bu, "Fənərbaxça" klubunda 3-cü koronavirus hadisəsidir. Bundan əvvəl də klubun iki əməkdaşında virus aşkarlanmışdı.

Milli.Az