"WhatsApp"dan növbəti həmlə - 50 nəfərə çatdırılacaq

13 May 2020 17:19

Koronavirus pandemiyası dövründə "Zoom" tətbiqinə tələbatın artmasından sonra "WhatsApp" görüntülü söhbətdəki istifadəçilərin sayını 8-ə çatdırmışdı.

Milli.Az xəbər verir ki, "Zoom"da isə bu limit 100 nəfərdir.

Rəqabətdə uduzduğuna görə "WhatsApp" növbəti həmlə edərək görüntülü söhbətdən eyni anda istifadə edəcək şəxslərin sayını 50-yə çatdırmağa hazırlaşır.

Məlumata görə, "WhatsApp"ın bu funksiyası "Facebook"un bu yaxınlarda elan etdiyi "Messenger Rooms"la inteqrasiya ediləcək. (ölkə.az)

Milli.Az