"Fiorentina"nın daha bir futbolçusunda koronavirus aşkarlandı

13 May 2020 20:19

"Fiorentina"nın koronavirusa yoluxan futbolçulardan birinin kimliyi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, müdafiəçi Martin Kaseresdir. Uruqvay millisinin üzvü olan 33 yaşlı müdafiəçinin testi müsbət nəticələnib.

Qeyd edək ki, "Fiorentina" klubda 6 şəxsin koronavirus aşkarlandığını açıqlayıb. Bunlardan 3-ü futbolçudur.

Milli.Az