"Barselona"nın futbolçusu koronavirusa yoluxdu

13 May 2020 14:41

"Barselona"nın yarımmüdafiəçisi, icarə əsasında "Valyadolid"də çıxış edən Mateus Fernandesin koronavirus testi müsbət nəticə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, koronavirus həmçinin Valladolid-in daha iki futbolçusunda aşkar edilib. Onlardan biri Oskar Planodur. Qeyd edilir ki, virusa yoluxanların üçü də karantindədir.

"Barselona" Fernandesi "Palmeyras"dan transfer edib, ancaq oyunçu qısa müddət sonra icarəyə verilib.

Milli.Az