Elman Rüstəmov: "Dörd ayda kredit portfeli 1,9 faiz artıb"

13 May 2020 11:50

Cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb.

Milli.Az