TƏBİB online alış-verişlə bağlı müraciət etdi

13 May 2020 11:34

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID-19 pandemiyası dövründə onlayn sifariş zamanı diqqət olunmalı məsələlərə toxunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə COVID-19 pandemiyası ərzində onlayn sifariş zamanı bunlara diqqət edilməsi tövsiyə olunub:

- Kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş edin.

- Qida/əşyaları götürdükdən sonra əllərinizi ən azı 20 saniya su və sabunla yuyun və ya spirt əsaslı məhluldan istifadə edin.

Milli.Az