Rüfət Dadaşovun komandası məşqləri bərpa etdi

13 May 2020 11:12

Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Foneks Risinq" klubu məşqləri bərpa edib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, komanda hazırlığı kiçik qrup şəklində gərçəkləşdirib.

Məşqdən öncə oyunçuların temperaturları yoxlanılıb. Daha sonra futbolçular fiziki və toplu çalışmaları yerinə yetirib.

Qeyd edək ki, ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.

Milli.Az