Portuqaliyanın futbol çempionatının bərpa tarixi açıqlandı

13 May 2020 07:34

Portuqaliyada ölkənin pandemiya səbəbindən dayandırılan futbol üzrə çempionatın bərpa tarixi açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə liqanın mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, turnir oyunları iyunun 4-də başlayacaq.

Xatırladaq ki, çempionat 24-ü turundan sonra dayandırılb. Turnir çədvəlində 60 xalla "Portu" klubu liderdir. İkinci yerdə 59 xalla "Benfika", uçüncu pillədə isə 46 xalla "Braqa" qərarlaşıb.

Milli.Az