Belarusda olan Azərbaycan vətəndaşları ölkəyə gətirilir - VİDEO

12 May 2020 23:11

Belarusun paytaxtı Minskdə olan 22 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilməyən onlarla azərbaycanlı müxtəlif ölkələrdən Belarusa toplaşıb.

Onlar videomüraciət edərək göstərilən qayğıya və vətənə qayıtmalarının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

Milli.Az