Elon Mask öz ortağını məhkəməyə verdi

14 May 2020 22:50

Teslanın rəhbəri Elon Mask Kaliforniyadakı müəssisəni martın 23-də bağlayan ortağını məhkəməyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Mask həmkarını müəssisəni icazəsiz başqa bir yerə köçürməkdə ittiham edib. O, ölkə rəhbərliyinin həmin ərazidə 16 sənaye müəssisəsinin fəaliyyətinə razılıq verdiyini  əsas gətirərək, ortağının bu hərəkətini qanun pozuntusu adlandırıb.

Elon Mask bu barədə Tvitter hesabında məlumat verib. Bildirilib ki, hazırda Tesla Kaliforniyada qalan sonuncu avtomobil istehsalçısıdır.

Sonradan Elon Maskın öz tvitini silməsi isə çoxlarında təəccüb doğurub.

Milli.Az