Real vəziyyətlə əlaqəsi olmayan məlumatlar Tvitterdən silinəcək.
Milli.Az ted.az-a istinadən bildirir ki, Tvitter şirkəti bazar ertəsindən başlayaraq koronavirus haqqında yalan və ya mübahisəli məlumatları ehtiva edən paylaşımları qeyd etməyə başlayacaq.
"İctimai dialoqa dəstək verməklə, məqsədimiz Twitter-də etibarlı məlumat tapmağı asanlaşdırmaq və potensial təhlükəli məzmunun yayılmasını məhdudlaşdırmaqdır. Bu gündən etibarən COVİD-19 ilə əlaqəli mübahisəli kontekst barədə məlumat verəcək yeni qeydlər və xəbərdarlıq mesajları təqdim edirik", - deyə şirkətin açıqlamasında bildirilir.
Milli.Az