Almaniyanın baş naziri Angela Merkelin elektron poçtuna hücum edildiyi məlum olub.
Milli.Az ted.az-a istinadən bildirir ki, elektron poçt mesajlarının hələ 2015-ci ildə rusiyalı kibercinayətkar tərəfindən ələ keçirildiyi ortaya çıxıb. Ümumiyyətlə, onun Federal Mərkəzdəki ofisindəki kompüterlərinin heç də güvənli olmadığı aşkarlanıb. Merkelin kompüterlərindən alman siyasəti ilə bağlı 16 GB həcmində məlumat oğurlandığı söylənib. Ələ keçirilən mesajlar isə 2012-2015-ci illərdə aparılan məxfi siyasi danışıqlardır.
30 yaşlı cinayətkarın Amerikanın önəmli qurumlarına da hücum etdiyi, buna görə də axtarışda olduğu söylənilir.
Milli.Az