Zoom-dan yenilik: Məşhur şirkət satın alındı

14 May 2020 08:35

Videokonfrans platforması Zoom güvənli mesajlaşma servisi olan Keybase-i satın alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmiləri məlumat veriblər. Pandemiyadan sonra platformanın istifadəçi sayı 10 milyondan 300 milyona çatıb. Güvənlik problemlərinin də çoxaldığına görə, şirkət Keybase-i almaq qərarına gəlib.

Mütəxəssislər bildirirlər ki, bu alqı-satqı Zoom-un başdan ayağa şifrələnmək planını daha da sürətləndirəcək.

Qeyd edək ki, Zoom məşhur şirkəti alsa da, maliyyə detalları ilə bağlı heç bir məlumat verilməyib.

Milli.Az