Azərbaycan – Ermənistan oyunu 2021-ci ilə keçirildi

12 May 2020 18:28

Azərbaycan və Ermənistanın basketbol komandalarının bir qrupda yarışacağı kiçik ölkələr üzrə Avropa çempionatının vaxtı müəyyənləşib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar FIBA Avropa-nın videokonfrans formatında keçirilən VI iclasında verilib.

Avropa çempionatının meydan sahibi olan İrlandiya yarışın 2021-ci ildə keçirilməsini istəyib. Bu səbəbdən həmin qitə birinciliyi gələn ilin 28 iyun - 3 iyul tarixlərinə keçirilib.

Qeyd edək ki, əvvəl bu yarışın bu ilin 28 iyun - 4 iyul tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan millisi bu yarışda B qrupunda meydan sahibi İrlandiya, Ermənistan və Andorra ilə qarşılaşmalıdır.

Milli.Az