"Barselona" onu 50 milyon avroya satır

12 May 2020 15:28

"Barselona" satmağa hazırlaşdığı futbolçusu Nelson Semeduya qiymət qoyub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı müdafiəçini 50 milyon avroya satmağı planlaşdırır.  Onunla "İnter", "Mançester Siti", "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir.

Qeyd edək ki, Semedunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır

Milli.Az