İbrahimoviç İtaliyaya qayıtdı - FOTO

12 May 2020 16:12

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İsveçdən İtaliyaya qayıdıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu əvvəlcə 14 gün müddətində karantində olacaq və daha sonra məşqlərə qoşula biləcək.

Qeyd edək ki, İbrahimoviç fasilə zamanı vətəni İsveçə getmişdi.

Xatırladaq ki, A Seriyası klubları mayın 18-i komanda şəklində məşqlərə başlamağı planlaşdırır.

Milli.Az