Azərbaycan neftinin qiyməti dəyişib

12 May 2020 12:49

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 11-də 30,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 29,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 25,47 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Milli.Az