Qaz, işıq idarəsi işçisinə qapını açmayan 20 manat cərimələnəcək!
20 Aprel 2010 13:50
Milli.Az xəbər verir ki, bununla əlaqədar bu gün Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əlavə etdi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, adları çəkilən təchizat idarələrin nümayəndələrinin öz vəzifəsini yerinə yetirməyə mane olan fiziki şəxslər 20 manat, hüquqi şəxslər isə 100 manat cərimələnəcəklər. Əli Hüseynov deyir ki, xətanın kiçik olduğunu nəzərə alaraq cərimələr də kiçik miqdarda müəyyən olunub: "İnzibati Xətalar Məcəlləsində bundan aşağı cərimə yoxdur. İstehlakçı bilməlidir ki, qaz, elektrik enerjisi və su təchizat idarəsinin işçisi qanunvericilik tələblərini yerinə yetirərkən, ona mane olunmamalıdır".
Deputat Vahid Əhmədov bildirdi ki, belə cərimələrin müəyyən edilməsi istehlakçılar üçün müəyyən çətinliklər yarada bilər.
Spikerin birinci müavini Ziyafət Əsgərov isə bu dəyişikliklərə ehtiyac olduğunu düşünür: "Bəzən su, qaz və elektrik təchizatı nümayəndələri gəlir ki, sayğacın göstəricisinə baxsın, qapını açmırlar ki, yoldaşım evdə yoxdur".
Fidan
Milli.Az