Ermənistanda koronavirusa yoluxanların sayı 3 500 nəfəri keçdi

12 May 2020 12:05

Ermənistanda koronavirusa yoluxanların sayı 3 538 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 146 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 47 nəfər koronavirusun qurbanı olub, 2 042 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Milli.Az