Vasif Əliyev: "İnsanlar qaydalara riayət etməsə, virus yenidən geniş yayıla bilər" - VİDEO

12 May 2020 11:32

Karantin rejimi yumşaldıqdan sonra bəzi insanların qaydalara riayət etməməsi, xəstəliyin sonradan geniş yayılma təhlükəsinə gətirib çıxara bilər.

Milli.Az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bu gün tək Azərbaycan deyil bütün dünya bu problemlə mübarizə aparır:

"Gələcəkdə ölkəmizdə xəstə sayı artarsa, modul tipli xəstəxanalar tam və hazır şəkildə istifadəyə verilə bilər. Mən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürümü bildirmək istəyirəm ki, bu cür vəziyyəti tam nəzarət altında saxlayırlar, çox narahat hisslərlə bu prosesi yaxından izləyirlər, həkimlərin və xalqımızın qeydinə qalırlar. Biz həkimlərin də üzərinə düşən məsuliyyət ondan ibarətdir ki, xəstələri vaxtında müalicə edək, həm də özümüzü qoruyaq. Siravi vətəndaşların məsuliyyəti isə odur ki, qoyulmuş qayda və qadağalara riyayət etsin, yaxın təmasdan qaçsınlar, çünki bu, qlobal bir problemdir. İnsanların bütün qayda və tövsiyələrə əməl etməsi lazımdır ki, tam bir vəhdət şəklində bu problemin öhdəsindən gələk".

Milli.Az