"Sənin daşın düşsün 50 dəfə həccə gedib balasına aliment qıymayanların başına" - FOTO

12 May 2020 11:54

Aparıcı-aktrisa Könül Yusif qızı COVİD-19 virusu ilə bağlı ölkədə tətbiq edilən karantin rejimi zamanı yoxsul, köməksiz ailələrə yardımı ilə diqqətləri üzərinə çəkən Kamil Zeynallını öyüb.

Milli.Az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabından tanınmış idmançının fotosunu paylaşıb. Könül paylaşımına "Allah yolunu açıq etsin, ruzi-bərəkətini bol etsin. Sənin daşın düşsün o bəzi 50 dəfə həccə gedib balasına aliment, doğmasına qəpik qıymayanların başına" şərhini yazıb.

Məhəmməd Vaqif
Milli.Az