Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı

12 May 2020 10:42

Danimarka Super Liqasının bərpa tarixi açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionat mayın 28-dən davam edəcək. Bu barədə Super Liqanın rəsmi saytı məlumat yayıb. Mövsümə iyulun 26-da yekun vurulması planlaşdırılır.

Qeyd edək ki, Danimarka Super Liqasına 24 turdan sonra 62 xalla "Midtyulland" başçılıq edir.

Milli.Az