Futbolçular bir aylıq maaşlarından imtina etdilər

12 May 2020 10:04

"Kalyari"nin  futbolçuları koronavirus pandemiyasının yaratdığı maliyyə sıxıntısına görə kluba və klubun az məvacib alan işçilərinə dəstək olmaq qərarına gəliblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyunçular aprel ayının məvacibindən imtina ediblər.

Onlar bununla klubda işdən çıxarılanların sayının azalacağına ümid edirlər. Klub bu addıma görə futbolçulara təşəkkür edib.

Qeyd edək ki, "Kalyari" A Seriyasında 32 xalla 12-ci pillədə qərarlaşıb. 

Milli.Az