Prezident İlham Əliyev Burkina-Fasonun Prezidentini təbrik edib

10 Dekabr 2011 17:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Zati-aliləri cənab Blez Kompaoreyə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında təşəkkül tapmış dostluq münasibətləri daim inkişaf edərək əməkdaşlıq imkanlarımızı genişləndirəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".

AzərTAc