"İlk oyunumda Azərbaycana 5 qol vurdum"

11 May 2020 17:15

"Fənərbağça"nın kapitanı Əmrə Belezoğlu "İnstagram"da Arda Turanla canlı bağlantı quraraq,karyerası ilə bağlı maraqlı xatirələrini bölüşüb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, o, Azərbaycan millisi ilə həmin dönəmdəki qarşılaşmanı da yada salıb:

"Futbola hücumçu kimi başladım. Aşağı yaş qrupu üzrə milli komandadakı ilk oyunumda Azərbaycana beş qol vurdum. Görüşü 5:0 hesabı ilə qazanmışdıq".

Qeyd edək ki, Əmrə Belezoğlu Türkiyənin U-15 yığmasından başlayaraq, aşağı yaş qrupu üzrə bütün millilərində çıxış edib.

Milli.Az