La Liqanın bərpa tarixi açıqlandı

11 May 2020 13:35

Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası iyunun 12-də bərpa oluna bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Xavyer Tebas açıqlama verib. Tebas La Liqanın iyunun 12-də bərpa olunmasını istədiyini deyib:

"İstərdim ki, mövsüm iyunun 12-də bərpa olunsun. La Liqa və Sequnda eyni vaxtda başa çatdırıla bilər".

La Liqa koronavirus pandemiyasının yaratdığı vəziyyətlə əlaqədar olaraq ləğv də edilə bilər.

Milli.Az