Ermənistanda koronavirusa yoluxanların sayı 3 392 nəfərə çatıb

11 May 2020 12:13

Ermənistanda koronavirusa yoluxanların sayı 3 392 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 79 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, son iki gün ərzində 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 46 nəfər koronavirusun qurbanı olub, 1 970 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Milli.Az