İran səhvən öz gəmisini vurdu - 40 nəfərin öldüyü deyilir

11 May 2020 09:41

İran səhvən öz gəmisini vurub.

Milli.Az haberler-ə istinadla bildirir ki, İran mətbuatında yayılan məlumata görə, Bəsrə körfəzində hərəkətdə olan İran donanmasına aid freqat təlim zamanı səhvən vurulub.

"Cevan" qəzetinin müxbiri Vahid Hacipur sosial şəbəkədə paylaşım edərək hadisə nəticəsində 40 nəfərin öldüyünü iddia edib. Hadisə nəticəsində "Konarak"ın batdığı vurğulanıb.

Rəsmi məlumatda isə 1 nəfərin öldüyü təsdiqlənib.

Bəxtiyar Umarlı
Milli.Az