Arterial təzyiq kimlərdə ölçülməlidir?

16 May 2020 20:15

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər. Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçməlidir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin İctiami Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda deyilir.

Qeyd olunub ki, arterial qan təzyiq bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı  ildə iki dəfə yoxlanmalıdır.
Bura qruplara kimlər aiddir?
Yaşı 45-dən yuxarı olanlar
Şəkərli diabeti olanlar
Hamilə qadınlar
Klimakterik dövrdə olan qadınlar
Artıq bədən çəkisi olanlar
Zərərli vərdişləri olanlar
Əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm. civə sütunu olanlar

Milli.Az