Kimlər qan verə bilməz?

16 May 2020 22:20

Donorluq funksiyasını tamamilə məhdudlaşdıran xəstəliklər var. Həmin xəstəliyi olan insanlar, ümumiyyətlə, qan donoru ola bilməzlər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi həmin xəstəlikləri açıqlayıb:

Ruhi xəstəliklər
Narkomaniya
Alkoqolizm
Vərəm
Diabet
Cüzam
Qanın sistem xəstəlikləri
Mərkəzi sinir sisteminin üzv xəstəlikləri
Ürək-damar xəstəlikləri
Dəri xəstəlikləri və s.

Bundan əlavə, hepatit B,C, HİV, sifilis infeksiyalarının daşıyıcıları və orqan nəqli olunmuş insanlar qan verə bilməz.

Milli.Az