Süd maşını "KAMaz"la toqquşdu, ölən və yaralanan var
20 Aprel 2010 13:36
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə saat 13:00 radələrində Biləsuvar-Mingəçevir yolunda qeydə alınıb. "Biləsuvar Aqro-Süd" zavoduna məxsus "MAZ", qarşıdan gələn "KAMaz" markalı yük maşını ilə toqquşub.
Nəticədə "MAZ"ın sürücüsü hadisə yerində ölüb, "KAMaz"ın sürücüsü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Fakla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az