"Yeni uzunmüddətli yenidənmaliyyələşdirmə proqramına qərar verdik"

17 May 2020 22:55

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard, bankın Aprel ayı yığıncağının ardından açıqlamalar verib.

Milli.Az marja.az-a istinadən bildirir ki, "Yeni uzunmüddətli pandemiya yenidənmaliyyələşdimə proqramına qərar verdik" deyən AMB Sədri, koronavirusa görə təbiq edilən karantinlərin iqtisadiyyatları gerilətdiyini və vəziyyətin qeyri-müəyyən olduğunu söyləyib.

Avro Bölgəsində bu il iqtisadi tənəzzülün 5 ilə 12% arasında dəyişəcəyini söyləyən Laqard, Bankın gördüyü tədbirlərin likvidlik şərtlərini dəstəkləyəcəyini vurğulayıb.

Koronavirusla mübarizə daxilində banklar üçün yenidənmaliyyələşdirmə əməliyyatı açıqlayan AMB, faiz dərəcələrində gözlənildiyi kimi dəyişikliyə getmədi. Bank pul siyasəti faizini 0%-də, marjinal faiz nisbətini 0.25%-də, depozit faizini də mənfi  0.5%-də saxlayıb.

Milli.Az