"Onsuz yaşaya bilmirəm" - Aygün Kazımova

10 May 2020 18:17

Ən çox səhnə üçün darıxmışam. Səhnəyə çıxmaq istəyirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Müğənni karantin günlərindən bəhs edib. O bildirib ki, səhnə üçün darıxır və yeni layihələr hazırlayır:

"Karantin bitən kimi 1 saniyədən sonra səhnəyə çıxacam. Yəqin tamaşaçılar məni başa düşür. İzləyicilərimsiz və səhnəsiz yaşaya bilmirəm.

Bütün günü oturub fikirləşdim. Bəzi xasiyyətlərimlə vidalaşdım. Bəzi gözəl xüsusiyyətləri özümə cəlb etdim".

Milli.Az