Apple-dan yeni Airpods modelləri üçün gözlənilməz qərar

12 May 2020 22:15

Apple-ın 2020-ci ildə AirPods-un yenilənmiş versiyasının təqdimat planı koronavirusa görə təxirə salınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, analitik Jon Prosser Tvitter-də Apple-ın yeni MacBook Pro ilə birlikdə may ayında yeni AirPod-ları təqdim edə biləcəyini qeyd edib.

Bu təxminlərdən yola çıxaraq yeni AirPod-un 2021-ci ilə qədər təxirə salındığını əminliklə demək olar.

Üçüncü nəsil AirPods Pro seriyasının istehsalına 2021-ci ilin birinci yarısında, ikinci nəslin istehsalınınsa dördüncü rübdə və ya 2022-ci ildə başlanacağı təxmin olunur.

Milli.Az