"Mançester Yunayted" 3 futbolçusu ilə yollarını ayırır

10 May 2020 15:36

"Mançester Yunayted" növbəti transfer pəncərəsində heyətində ciddi dəyişikliklər edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qırmızı şeytanar" ilk növbədə baş məşqçi Ole-Qunnar Sulşerin oyun planına düşməyən futbolçularla yollarını ayıracaq. Rəhbərlik ilk olaraq üç mərkəz müdafiəçisini satmağı planlaşdırır. Bunlar Fil Cons, Kris Smollinq və Markos Roxodur.

Qeyd edək ki, Markos Roxo və Kris Smollinq cari mövsüm icarəyə göndəriliblər.

Milli.Az