Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basıb

10 May 2020 15:23

Gürcüstanda leysan yağışlar Laqodexi rayonunda Qabal çayının daşması ilə nəticələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində rayonun Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də 20-dək evin zirzəmisi və həyətyanı sahəsi su altında qalıb.

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir.

Milli.Az