Ronaldo "Qızıl top"a layiq futbolçuların adını açıqladı

10 May 2020 13:11

Braziliyalı keçmiş futbolçu Ronaldo "Qızıl top"a layiq olan, lakin bu mükafatı qazanmayan futbolçuların adlarını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sabiq futbolçu, sosial şəbəkə hesabında etdiyi canlı yayımda bu mükafatı qazana bilməyən ən yaxşı 5 futbolçunu açıqlayıb:

""Qızıl top"u qazanmayan, amma bunun üçün hər cür səbəbi olan 4 futbolçu saya bilərəm. Bunlar Alessandro Del Pyero, Paulo Maldini, Françesko Totti və Rauldur. Bura Roberto Karlosu da əlavə edərdim".

Milli.Az