Serena Uilyams maska payladı

10 May 2020 12:47

WTA reytinqinin sabiq "bir nömrə"si Serena Uilyams koronavirusla mübarizəyə qoşulub.

Milli.Az fanat.az-a istinadən bildirir ki, amerikalı tennisçi bu məqsədlə 45 mindən çox tibbi maska hədiyyə edib. Serena instaqram hesabında bu barədə paylaşım edib:

"Hazırda kifayət qədər dəstək ala bilməyən insanlara faydalı olmaq üçün addım atmaq istədim. Bu məqsədlə, koronavirusla ön cəbhədə mübarizə aparan tibb işçilərinə yardım göstərən Yetunda Prays adına mərkəzə və Uest-Palm-Biçdəki yerli icmalara 45 mindən çox maska göndərdik.

Mənə həmişə dəstək olan insanlara kömək etmək çox xoşdu. Hamınızı sevirəm". 

Milli.Az