Droqba ən yaxşı hücumçu seçildi

10 May 2020 11:17

Liqa 1-in rəsmi saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba 1-ci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib.

Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.

Qeyd edək ki, Droqba Fransada "Le-Mans", "Guingamp" və "Marseille"də oynayıb.

Milli.Az