"Barselona"da ciddi itki

10 May 2020 10:22

"Barselona"nın futbolçusu Samuel Umtiti zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, bugünkü məşq zamanı sağ ayağından zədə alıb. 26 yaşlı müdafiəçinin bərpa müddətinin məlum olmadığı bildirilib.

Qeyd edək ki, Umtiti bu mövsüm 11 matçda oynayıb.

Milli.Az