Geydji Fergüsonu məğlub etdi və Nurməhəmmədovla döyüşəcək

10 May 2020 09:55

Qarışıq döyüş növləri üzrə amerikan idmançısı Castin Geydji texniki nokautla həmyerlisi Toni Fergüsona müvəqqəti UFC çevpionu adı uğrunda yarışda qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, UFC 249 turniri ABŞ-ın Ceksonvil şəhərində keçirilib.

Yüngül çəki dərəcəsində (70.3 kg qədər) döyüş 5-ci raundda dayandırılıb.

Toni Fergüson ümumilikdə 29 döyüş keçirib, 25-də qalib, 4-də isə məğlub olub. Castin Geydji 24 döyüş keçirib, 22 döyüşdə qalib gəlib və iki dəfə məğlub olub.

Turnirin növbəti döyüşü Castin Geydji və Həbib Nurməhəmmədov arasında keçirilməlidir.

Milli.Az