Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxan həkimlərin sayı 72 nəfərə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze məlumat verib.
O bildirib ki, ölkədə bütün yoluxanların 10%-dən çoxunu həkimlər təşkil edir.
Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı bu gün 626-ya çatıb. Yoluxanlardan 297 nəfərin sağaldığı, 10 nəfərin isə öldüyü bildirilir, ölkə üzrə 4717 nəfər isə karantində saxlanılır.
Milli.Az