Birmərtəbəli ev yanıb

10 May 2020 08:26

Quba rayonunun Qamqam kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az