Kür çayında batan 64 yaşlı kişinin meyiti tapılıb

9 May 2020 19:39

Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, B.Ağayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az