Ürəyi sağaltmalı olan "Viaqra"...
22 Yanvar 2010 18:34
Biz inanmaq istəryirik ki, hər bir dərman spesifik bir ağrı və ya mərəzə qarşıdır. Lakin çox zaman dərmanlar hədəfi belə, dəqiq seçə bilmirlər.
Hətta dünyada ən çox satılma üzrə rekord vuran "Viaqra"nı ilk öncə tamamilə başqa məqsədlər üçün ixtira etmişdilər.
BBC-nin verdiyi xəbərə görə, bu dərman əslində ürək anginasının müalicəsi üçün işlənilib hazırlanırdı. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu.
"Pfizer" şirkəti az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər verdilər ki, dərmanın başqa, indi hamıya məlum olan effekti var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.
1998-ci ildə "Viaqra" ortaya çıxmazdan əvvəl impotensiyanı ağızdan qəbul edilən dərmanlarla müalicə etmirdilər. Yeganə vasitələr iynəvurma və ya eybəcər prostatik implantlar idi. Lakin angina müalicəsinin uğursuz sınaqlarına minnətdar kişilər indi "Viaqra"nı dünyada istənilən başqa dərmandan çox alırlar...
Milli.Az