Rio De Janeyroda tikilməkdə olan tanker suya batıb

9 May 2020 21:05

Rio De Janeyronun Maua gəmiqayırma zavodunda tikilməkdə olan Braziliyaya məxsus "Urma Dulce" tankerinin 25%-i suya batıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, hadisənin gəminin mühərrik və maşın şöbəsinə su sızması nəticəsində baş verdiyi bildirilir.

Görülən tədbirlər nəticəsində gəminin tam batmasının qarşısı alınıb.

Milli.Az