Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanıldı

9 May 2020 13:09

Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev və Salyan rayon sakini R.Məmmədov saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılıb. Aparılmış tədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az