Qadının çantasından 5 min manat oğurlayan şəxs saxlanıldı

9 May 2020 13:59

Oğurluqda şübhəli bilinən Bərdə şəhər sakini D.Əzizov saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini olan bir qadının çantasından 5 100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş D.Əzizov saxlanılıb.

Milli.Az