Ermənistanda son sutkada 146 nəfər koronavirusa yoluxdu

9 May 2020 12:19

Ermənistanda koronavirusa yoluxanların sayı 3 175 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 146 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 44 nəfər koronavirusun qurbanı olub, 1 852 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Milli.Az