Şəmkirdə ikimərtəbəli ev yanıb

9 May 2020 14:09

Şəmkir rayonunun Təzəkənd kəndində ikimərtəbəli evin birinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 400 m² olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Milli.Az